SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezident onu Türkiyəyə səfir təyin etdi
24 İyul 2026
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
24 İyul 2026
Prezident onu Özbəkistana səfir göndərdi
24 İyul 2026
Əsas/İqtisadiyyat/Maşın gətirənlərin nəzərinə — Yeni tələb
İqtisadiyyat

Maşın gətirənlərin nəzərinə — Yeni tələb

Xəbərsiz Media
08 May 2026

Milli Məclisin iclasında “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi keçirilib. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gömrük ərazisinə daxil olan nəqliyyat vasitələri barədə təqdim edilən məlumatların dairəsi genişləndirilir və məsul şəxslərdən avtomobilin qeydiyyat şəhadətnaməsində olan məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi tələb olunur. Bu dəyişiklik gömrük nəzarətinin daha dəqiq və şəffaf aparılmasını hədəfləyir.

“Xəbərsiz” xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, yeni dəyişikliklər gömrük sərhədindən keçən avtomobillər haqqında məlumatların əvvəlcədən bazaya işlənilməsini tələb edir. Bu, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki texniki göstəricilərin gömrük orqanlarına öncədən ötürülməsi deməkdir.

Məqsəd isə sərhəddə yaranan süni tıxacların və uzunmüddətli yoxlamaların qarşısını almaqdır.

“Əksinə, əsas məqsəd gömrük prosedurlarının daha çevik, operativ və effektiv şəkildə həyata keçirilməsidir. Yeni yanaşma yalnız texniki və inzibati proseslərin təkmilləşdirilməsinə xidmət edir. Bildirilib ki, bu dəyişikliklər heç bir halda ölkəyə idxal olunan avtomobillərin rəsmiləşdirilməsi prosesinə əlavə məhdudiyyətlər gətirmir və ya avtomobil bazarında hər hansı bir mənfi təsir yaratmır.

Mövcud qaydalar öz mahiyyətini saxlayır. Sadəcə olaraq, gömrükdən keçid zamanı yaranan vaxt itkisinin minimuma endirilməsi, sənədləşmə işlərinin daha sürətli aparılması və ümumi prosesin sadələşdirilməsi nəzərdə tutulur. Bu, həm vətəndaşlar, həm də biznes subyektləri üçün daha rahat və səmərəli xidmət mühitinin formalaşdırılmasına yönəlib.

Ümumilikdə, tətbiq edilən yeniliklər standart prosedurların optimallaşdırılması məqsədi daşıyır və sistemin daha şəffaf, daha sürətli işləməsinə şərait yaradır”.

Qanun layihəsinin qəbulu ilə gömrük nəzarəti daha dəqiq mexanizmlər üzərində qurulacaq. Bu isə həm fərdi şəxslərin, həm də iritutumlu yüklər daşıyan şirkətlərin sərhəd məntəqələrində gözləmə vaxtını bir neçə dəfə azaldacaq. Şəffaflığın artırılması həm də mümkün korrupsiya risklərini sıfıra endirməyə və sənədləşmənin rəqəmsal müstəvidə daha etibarlı idarə olunmasına imkan verəcək.

Qısası, gömrük qaydalarına edilən dəyişiklik sürücülərin işini çətinləşdirmək üçün deyil, sərhəddə sənədləşmə işlərini sürətləndirmək və vaxt itkisini azaltmaq üçündür.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
6 baxış
Cəmiyyət

İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

No Comment
53 baxış
Cəmiyyət

Azərbaycan əhalisinin sayı artdı

No Comment
38 baxış
İqtisadiyyat

Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"

No Comment
148 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezident onu Özbəkistana səfir göndərdi
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1259

Bütün müəllif hüquqları qorunur - 2026