İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kilian Mbappe komanda yoldaşı Vinisius Juniorla yaxşı münasibətdə olduğunu bildirib.
Xəbərsiz xəbər verir ki, bu barədə İspaniya mətbuatında yazıalr dərc olunub.
“Vinisiusla yaxşı münasibətim var. Bu il bu münasibət daha yaxşı səviyyədədir. Biz bir-birimizi daha yaxından tanımağa başlamışıq. O, əla oyunçu və çox yaxşı insandır. Biz bilirik ki, haqqımızda çox şeylər deyilib, amma məqsədimiz birdir: “Real Madrid”in titul qazanmasına kömək etmək. Əgər qalib gəlmək, titullar qazanmaq istəyiriksə, yüksək formada olmalı, bir-birimizə və komandaya kömək etməliyik”, – deyə Mbappe əlavə edib.
Əli Hacı
