Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +16° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Gündəm

Mehdiyevin “qara planlar” qurduğu bağ evi  - FOTO 

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Oktyabr 15, 2025
Gündəm
A A

PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…

“Xəbərsiz” Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin in ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək, çox ilginc, həm də simvolik. Yeri gəlmişkən, Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavinidir.

Siyasət olimpinin zirvəsindən düşürülən Mehdiyev bu dəfə AMEA-da prezident kürsüsünə oturdu. Milli Elmlər Akademiyası zatən uzun illər onun “arxa baxçası” olmuş, burada bütün titullu təyinatlar, elmi adlar, rəhbərlik kürsüsü, İdarə Heyətinə üzvlər məhz Mehdiyevin rəsmi və ya qeyri-rəsmi razılığı ilə baş tuturdu. AMEA Mehdiyevin “son qalası”, hələ hakimiyyətdə təsirlərini saxladığını, “bəlkə də qaytardılar” kimi rəvayətləri yaşadacaq “ocaq” idi. Mehdiyev tezliklə buranı da intriqaların mərkəzinə çevirdi, “arzuolunmaz adamları” uzaqlaşdırmaq üçün hətta maliyyə yoxlamaları başlatdı, “büdcə pullarının yeyilməsi” adı altında bəzilərini qorxu və təhdid altında saxlamaq istədi. Amma bütün bu proses tezliklə özünün əleyhinə çevrildi, gözləmədiyi adamlar belə, ən yüksək tribunalardan Mehdiyevin istefaya getməsini tələb etdi. Mehdiyev mifinin bu dəfə “külləri” də AMEA-da göyə sovruldu, burada ağsaqqal “yüngülsaqqal” edildi. Mehdiyev əlbəttə ki, müqavimət göstərmək də istədi, amma anladı ki, zamanı bitib.

Mehdiyevin mümkün həbsi ilə bağlı xəbərlər də istefa ərizəsi yazıb AMEA-nı tərk etdikdən sonra mediaya yol tapdı. “Mehdiyevin həbsi gözlənilir” kimi xəbər başlıqları daha qadağan olunmuş mövzu deyildi, həm də “od olmayan yerdən tüstü çıxmaz” məntiqi idi. Mehdiyevin başı üzərində təhlükə olduğunu bu günlərdə baş prokuror Kamran Əliyev də yada salmışdı. Baş prokuror adını çəkməsə də, məhz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrlə bağlı (2019–2021) bir neçə cinayət araşdırması aparıldığını demişdi. Dünən gecə “Mehdiyev həbs edildi” xəbərini ilk görənlər də zənnimcə, mənim kimi, onun AMEA-dakı cinayətlərə görə məsuliyyətə cəlb edildiyini düşünüb. Amma sən demə, Mehdiyev indi o qədər ağır maddələrin təsiri altında ittiham edilir ki…

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu ittihamlar düşündürücüdür. Çünki söhbət 87 yaşlı şəxsdən gedir. Amma onun adı Ramiz, soyadı Mehdiyevdirsə, rəy dəyişir. Bu da sizə daha bir Mehdiyev mifi… O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər. Mehdiyev isə…

Mehdiyevin sovet-kommunist Azərbaycanı aparatında ideoloji katib işləyəndən “birinci şəxs” arzusu şübhəsiz olub. Amma Mehdiyev görünür, həm də xarakterinə görə birinci şəxslərin yanında “ikinci olmağa” üstünlük verib, buna görə də Azərbaycan hakimiyyətində “boz kardinal” titulu qazanıb.

Nəhayət, Mehdiyevdən danışırıqsa, onun sirli bağını yada salmaqda da fayda var. “Mehdiyevin bağı”nda hətta müxalifətin taleyinin də həll olunduğu haqda iddiaları köhnə hərakatçılar, köhnə kəşfiyyatçılar, köhnə yazarlar unutmayıb yəqin. Mehdiyev və çevriliş etmək üçün topladığı tərəfdarları da bu dəfə də o bağdan çıxarlarsa…

İstintaqın rəsmi məlumatlarını gözləyək.

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +16° broken clouds