Almaniya kansleri Fridrix Merz dünən Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib.
“Xəbərsiz” bildirir ki, bu barədə “Bloomberg” nə.ri məlumat yayıb.
Məlumatda bildirilir ki, Fridrix Merz çərşənbə günü Kopenhagendə Aİ liderlərinin görüşündə Viktor Orbana tənqidi yanaşaraq Macarıstanın baş nazirini alyansın təhlükəsizliyi ilə bağlı müzakirələri pozmaqda günahlandırıb.
Müəlliflərin fikrincə, mübahisə Avropa İttifaqında Orbandan daha bir narazılıq əlamətidir. Bloomberg-in qeyd etdiyi kimi, Macarıstanın baş naziri Rusiyaya qarşı sanksiyaları dayandırmaq üçün dəfələrlə veto hüququndan istifadə edib və Ukraynanın Aİ üzvlüyünə qarşı çıxıb.
Aİ sammitinə yola düşmə ərəfəsində Viktor Orban Kopenhagendəki qeyri-rəsmi görüşdə “qəfəs davası” gözlədiyini açıqlayıb, çünki digər ölkələr Ukrayna məsələsi ilə bağlı müntəzəm olaraq Budapeştə təzyiq göstərirlər.
