Milli Məclisdə mühüm məsələ: Onlara yeni səlahiyyət verilə bilər
Hesablama Palatasına yeni səlahiyyət verilir.
“Xəbərsiz” xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara da rəy verəcək.





