Rusiya Yaponiya hökumətinin Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyini alqışlayır.
“Xəbərsiz” bildirir ki, bunu Jurnalistlərə açıqlamasında Kremilin sözçüsü Dmitri Peskov deyib.
“Biz bu bəyanatı alqışlayırıq. Biz həmçinin Yaponiya ilə sülh müqaviləsinin bağlanmasının tərəfdarıyıq”, – deyə sözçü Yaponiyanın yeni baş naziri Sanae Takayçinin ikitərəfli münasibətlərin çətin olmasına baxmayaraq, Tokionun Moskva ilə sülh müqaviləsi bağlamaqda qərarlı olması barədə bəyanatını şərh edərkən bildirib.
Səma Sevyarlı
