Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
GündəmManşet

Nazirlər toplandı – İclas keçirilir

Xəbərsiz Media
17 İyul 2026
0

Nazirlər Kabinetində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclası keçirilir.

“Xəbərsiz” xəbər verir ki, iclasda ölkədə növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri, görüləcək təşkilati tədbirlər, aidiyyəti dövlət qurumlarının üzərinə düşən vəzifələr müzakirə olunur.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.

Baş nazir görüləcək işlərlə bağlı iclas iştirakçılarına məlumat verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.