Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Səhiyyə

Nazirlik tanınmış plastik cərrahın sertifikatını LƏĞV ETDİ

Xəbərsiz Media
02 İyun 2026
0

Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertifikatı Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.

“Xəbərsiz” Xitab24.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.

Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertifikasiya şəhadətnaməsi ləğv olunub.

Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədli plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib.

Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.