İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs danışıqları masasına qayıtmaq üçün Qəzza sülh planını pozmaq, lakin Türkiyənin iştirakı olmadan yeni tənzimləmələri həyata keçirmək niyyətindədir.
“Xəbərsiz” bildirir ki, bu iddia ilə Hürriyyet qəzetəsi çıxış edib.
Qəzet qeyd edir ki, İsrail də türk hərbçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək.
Qəzetin şərhçisi Abdulkadir Selvi yazır:
“Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasının əleyhinə deyil. O, onlardan HƏMAS-ın tərksilah edilməsinə və tunellərin dağıdılmasına kömək etmələrini istəyir. Netanyahu üçün yeganə problem Türkiyə və türk əsgərlərinin Qəzzada olmasıdır”.
Əli Hacı
