SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Baxış bucağı/Ölənə yox, öldürənə acıdıq: bizə nə olub? - Ziyafət Əlisoy yazır...
Baxış bucağıGündəmManşet

Ölənə yox, öldürənə acıdıq: bizə nə olub? - Ziyafət Əlisoy yazır...

Xəbərsiz Media
02 İyul 2026

Biz hər zaman saf olmuşuq. Xalq olaraq başımızı o qədər aldadıblar ki… Saflığımız başımıza nələr gətirmədi ki!? Nələri itirmədik!? Hamını özümüz kimi bildik, qəlbimiz yandı, “üzülməsin, ağrımasın, ölməsin” dedik, nə oldu? Bağrımıza köz basdı, qəlbimizi paraladı, əzab verdi, acı çəkdirdi, həsrət qoydu, öldürdü…

Bəs niyə hər ağlayanın göz yaşlarına aldanırıq? Axı biz də çox ağlamışıq, bizi də ağladıblar. Lakin bizə inanan olmayıb, göz yaşlarımızı da özümüz silmişik.

Bilirsiniz biz nə qədər safıq!? Ölümüz üçün ağlamayıb, öldürənin halına yanıb, ona görə göz yaşları axıdacaq qədər…

Mövzunu hara sürükləyəcəyim məlumdur. Sözüm isə ədalətsizliyə haqq qazandıranlaradır: heç utanırsınız? Sizəmi qalıb hansısa bar qızının övladlarının nə edəcəyi? Sizmi qərar verirsiniz sosial şəbəkələrdə əxlaqsızlıq obyekti olanların ailəsinin sonuna? Övladı xəstəlikdən əziyyət çəkən ana görməmisiniz? Yox, görməmisiniz! Çünki sizin baxış bucağınızın hansı istiqamətə yönəldiyi məlumdur. Ya onun kimi olmaq istəyirsiniz, ya da onunla olmaq istəyirsiniz…

Ondan olun, onunla olun, onun kimi olun. Öz işinizdir. Amma nəyisə yazanda, müzakirə edəndə öləni də düşünün. Məgər bizdən çox ölən varmı? Hansı millət bizdən çox ölüb, bizdən çox öldürülüb ki? Axı biz acı çəkməyi bilirik. Necə ölən insanın haqqına girmək olar? Necə bunu edə bilərsiniz?

Adam ölüb, anlayırsınız? Adam ölüb… Adamın oğlu ölüb… Adamın sevdiyi ölüb… Adamların həyat eşqləri ölüb… Və biz bu adamların acılarını bir kənara atıb, barlarda, publarda, eyş-işrət məclislərində hoqqalardan çıxanlara, dəyərlərimizi öz qiymətlərinə satanlara dəstək oluruq.

Gəlin, utanaq! Arxası üstə uzanıb utanaq! Üzü qibləyə dönək – qorxmayın, ölmərik, bu qədər günahla adam ölməz, ağzı aşağı uzanaq, ayağa qalxaq, oturaq, papağımızı qarşımıza qoyaq – varsa, düşünək, düşünək və bir də düşünək – daha sonra yenə utanaq. Yuxularımız qaçsın, yata bilməyək, səhərə qədər utanaq!

Guya siz uşaq sevdalısısınız? Uşaq düşünürsünüz? Bu qədər çox humanistsinizsə, o biri tərəfdə də uşaq ölüb, onu da düşünün, onun anasını, atasını, əzizlərini də düşünün.

Məgər o “tiktoker” bilmirdi ki, ölüm gecəsi xaricə gedib, canlılar açıb, rəqs edib, əylənəndə, insanların yaralarının qaysaq bağlamasına icazə verməyəndə sonu necə olacaq?

Məgər o “tiktoker”in qəlbi yox idi ki, deyə “bu adam ölüb axı, bəlkə, onunla maraqlanım, ailəsinə başsağlığı verim, dərdlərinə şərik olum?”

Məgər o “tiktoker” bunu düşünə bilmirdi? Əlbəttə ki, bilmirdi. Çünki nə qədər ki, cahilləri, cəhalət “mələk”lərini baş tacı edəcəyik, elə o qədər də dərd-sərimiz çox olacaq.

“Arzum”a dəstək duran qardaşlar, bacılar, sizin qardaşınız, sevgiliniz, atanız, ananız, övladınız o qəzada ölsə, sonra onun ölümündə pay sahibi olan adam “Arzum” kimi davransa, sizə xoş olardı? Özünüzdən soruşmusunuz?

Kim nə qədər günahkardır, bunu qanun müəyyənləşdirir. Qanunlarımız ən böyük düşmənlərimizi padvallara tıxıb. Orada öz müqəddəratlarının həll olunmasını gözləməyə vadar edib, edir, edəcək də.

O daxili düşmənlərdən, mədəniyyətimizi, mənəviyyatımızı, mənəvi dəyərlərimizi satanlardan daha biri barmaqlıqlar arxasına getdi. Davamının necə olacağını qanun göstərəcək!

Ən pis halda məhkəmə önündə övlad itirmiş ailəyə beş qat daha çox itki arzulayan ata obrazındakı fərdlə birlikdə düz 5 il 2 ay sonra qəhrəmanınıza qovuşacaqsınız. Digər tərəfdə isə heç vaxt övladına qovuşmayacaq valideynlər öldükləri günə qədər həsrət çəkəcəklər…

İndi özünüzdən soruşun: kimdir haqlı – qanun, yoxsa TikToker?

Ziyafət Əlisoy

View this post on Instagram

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Gündəm

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

No Comment
148 baxış
Elm və təhsil

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu

No Comment
255 baxış
Manşet

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

No Comment
21 baxış
Gündəm

Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

No Comment
1.1K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026