Oqtay Əmənullayev vəzifəsindən azad olunur
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunur.
“Xəbərsiz” bildirir ki, bununla bağlı yaxın günlərdə TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq qərar qəbul ediləcəyi gözlənilir.
Məlumata görə, respublikanın cənub regionunda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yoxlamalar aparılıb.
Yoxlamalar nəticəsində O.Əmənullayevin Astara RMX-nin direktoru vəzifəsində çalışdığı dövr üzrə ciddi pozuntular aşkarlanıb.
Bunun davamı olaraq yoxlamaların Cəlilabad RMX-da da davam etdiriləcəyi bildirilir.
Aşkarlanan pozuntulara görə xəstəxana direktorunun vəzifəsindən azad ediləcəyi gözlənilir. //İzmedia.az





