Macarıstanın baş naziri Viktor Orban Facebook-da açıqlayıb ki, Avropanın üzərində qara buludlar toplanır və Brüssel Rusiya ilə müharibəyə hazırlaşır.
“Xəbərsiz” xəbər verir ki, Orban bildirib:
“Avropanın üzərində qara buludlar toplanır. Brüssel Rusiya ilə müharibəyə hazırlaşır və onun artıq müharibəyə girəcəyi tarix var: 2030”.
Onun sözlərinə görə, Aİ-nin məqsədi ittifaqı 2030-cu ilə qədər müharibəyə hazırlamaq və Ukraynanı birliyə qəbul etməkdir.
Qeyd edək ki, daha əvvəl Macarıstan Əsas Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskovic Avropanın elitalarının Rusiya ilə müharibəyə başlaya biləcəyini bildirmişdi. ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Davis isə Qərbin Rusiya ilə müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb.
Xəbərsiz

















