Macarıstanın baş naziri Viktor Orban ölkəsinin paytaxtı Budapeşti Rusiya prezidentləri Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıqların növbəti raundu üçün “proqnozlaşdırıla bilən ən yaxşı” məkan kimi qiymətləndirib.
“Xəbərsiz” bildirir ki, Trampla telefonla qarşıdan gələn sammitin təşkilini müzakirə edən Macarıstan hökumət başçısı cümə günü Putinlə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.
“Avropada bu zirvə görüşünə ev sahibliyi edə biləcək başqa heç bir yer yoxdur. Budapeşt Avropada yeganə uyğun yerdir və Macarıstan Avropada sülhü dəstəkləyən yeganə ölkədir”, – deyə Orban bildirib.
İslam İman
