Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yeni iqtisadi imkanlar məkanının formalaşdırılmasını, o cümlədən türk dövlətlərinin sənaye alyansı, “Türk yaşıl dəhlizləri” sistemi və “Yaşıl transformasiya” konsorsiumunun yaradılmasını təklif edib.
“Xəbərsiz” Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadova istinadən xəbər verir ki, o, bu təşəbbüsü Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci sammitində çıxışı zamanı irəli sürüb.
Bundan başqa, Ş.Mirziyoyev üzvi kənd təsərrüfatı üzrə ekspert qrupunun yaradılmasını və türk dövlətlərinin üzvi məhsullarının vahid brendinin dünya bazarında təşviq edilməsini təklif edib.
