Papa XIII Leo tərəfindən imzalanmış motosiklet “RM Sothebys” hərrac evi tərəfindən hərracda satışa çıxarılacaq.
“Xəbərsiz” bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nəqliyyat vasitəsi Romaya “İsa Motosikletçilər” adı altında fəaliyyət göstərən qrup tərəfindən gətirilib.
“RM Sothebys” hərrac evi şənbə günü keçirilən hərracda motosikletin 40.000-60.000 avroya satılacağını gözlədiyini söyləyib.
Gəlir Avstriyadakı Papa missiyalarına gedəcək və onlar onu Madaqaskardakı uşaqlara bağışlayacaqlar.
Əli Hacı
