Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Belçikadan Tacikistana gedəcək.
“Xəbərsiz” bildirir ki, e-gov.am saytında məlumat verilib.
Qərara əsasən, Paşinyan cümə axşamı Brüsseldən Tacikistanın paytaxtı Düşənbəyə yola düşəcək və cümə günü Ermənistanın paytaxtı İrəvana qayıdacaq.
Əli Hacı
