Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxış edən baş nazir Nikol Paşinyan qarşıdan gələn ümummilli seçkilərdə konstitusiya çoxluğunu təmin etmək və daha sonra vətəndaşları konstitusiya referendumu keçirməyə məcbur etmək niyyətində olduğunu bəyan edib.
“Xəbərsiz” news.am-a istinadən xəbər verir ki, bu barədə “Ayekwe” partiyası bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, partiya hökumətə qarşı çıxaraq Ermənistanda konstitusiya çevrilişinin qarşısını almaq üçün əlindən gələni edəcək:
“Biz bütün səylərimizi vahid milli ittifaqin yaranmasına sərf etməyə sadiqik və Ermənistanda konstitusiya çevrilişinin və Türkiyə-Azərbaycan diktaturasının qurulmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
İntiqam İsa
