Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammiti çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
“Xəbərsiz” xəbər verir ki, görüş zamanı Paşinyan və prezident Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın tərəqqisini və inkişaf perspektivlərini müzakirə ediblər. Tərəflər Ermənistan və Fransa arasında yaradılmış imtiyazlı münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyib və yeni birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Regional hadisələrlə bağlı məsələlər, Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalar, TRIPP layihəsinin həyata keçirilməsi də müzakirə edilib.
Fransa prezidenti ölkəsinin Ermənistanın müstəqilliyi və suverenliyinə, eləcə də demokratik islahatlar gündəminə davamlı dəstəyini bir daha təsdiqləyib. Baş nazir Paşinyan Fransaya Ermənistan üçün bu mühüm mərhələdə hərtərəfli dəstəyə görə təşəkkür edib.
Tərəflər ikitərəfli və çoxtərəfli platformalarda sıx təmasları davam etdirmək barədə razılığa gəliblər.
Əli Hacı
