Ermənistanın baş naziri Nikol Paşinyan NATO Parlament Assambleyasının prezidenti Markos Perestellonu qəbul edib.
“Xəbərsiz” Paşinyan Ermənistanın paytaxtı İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rose-Roth Seminarının keçirilməsini alqışlayıb və ölkənin NATO ilə əlaqələrini, o cümlədən demokratik təsisatların gücləndirilməsinə yönəlmiş sülhməramlı missiya və proqramlarda iştirakını vurğulayıb.
Həmçinin regionda sülhün və sabitliyin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əli Hacı
