“Fələstində məzlumların səbri zəfərlə taclanacaq, azadlıq və sülh gələcək, paytaxtı Şərqi Qüds olan suveren Fələstin Dövləti mütləq qurulacaq”.
“Xəbərsiz” bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəceb Tayyib Ərdoğan deyib.
“Ümid edirəm ki, İnsanlıq üçün Güclü Türkiyə Proqramı bütün bəşəriyyət üçün faydalı olacaq. Qəzza və Sudandakı qardaş və bacılarımızı qucaqlayıram. Əzablarını öz əziyyətimiz kimi bildiyimiz bütün məzlumları ürəkdən salamlayıram. Məhrumiyyət və yoxsulluq yükünü çiyinlərində daşıyan övladların ana və atalarını ürəkdən salamlayıram”, – deyə o, əlavə edib.
Xəbərsiz

















