SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK
24 İyul 2026
Əsas/Cəmiyyət/Pensiyalarla bağlı ÖNƏMLİ XƏBƏR - Bu aydan belə olacaq
Cəmiyyət

Pensiyalarla bağlı ÖNƏMLİ XƏBƏR - Bu aydan belə olacaq

Xəbərsiz Media
06 İyul 2026

Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?

Durumu şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə, 9-cu maddəsi isə digər şərtlərə görə pensiya hüququnu müəyyən edir. Beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılır. Xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılır. Hipovizqanizm (liliput) və cırtdanboy şəxslərin pensiya yaşı isə 20 il azaldılır. Mülki aviasiya uçuş heyətində azı 25 il sığorta stajı olanlar 15 il tez pensiyaya çıxa bilirlər. Eyni zamanda prokurorluq, hərbi xidmət və ədliyyə orqanlarında çalışanların da xüsusi güzəştləri var. Deputat qeyd edib ki, daha çox vətəndaşımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflər təqdim olunur və pensiya islahatlarının dərinləşməsi kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni aktuallaşdırır.”

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanda qadınların və kişilərin pensiya yaş həddinin mərhələli artım prosesinin yekunlaşaraq 65 yaş səviyyəsində bərabərləşməsi, sosial müdafiə sistemində güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ olan kateqoriyaların fəaliyyətini yenidən diqqət mərkəzinə gətirib. Xüsusilə son dövrlərdə əhalinin vaxtından əvvəl qocalması və xroniki xəstəliklərin gəncləşməsi fonunda, pensiya qanunvericiliyindəki güzəşt dairəsinin genişləndirilməsi cəmiyyətin əsas sosial sifarişlərindən biridir. Həm qanunverici orqan, həm də müstəqil analitiklər hesab edirlər ki, yalnız mexaniki yaş göstəricilərinə deyil, vətəndaşların peşə zərərliliyinə, ailə modelinə və səhhətinə əsaslanan keyfiyyət meyarlarının tətbiqi sosial ədalətin bərpası baxımından qaçılmaz mərhələdir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, qadın və kişilərin pensiya yaşının 65-də bərabərləşməsi fonunda mövcud güzəştli mexanizmlərin əhatə dairəsinin genişləndirilməsi həm iqtisadi, həm də demoqrafik zərurətdir: “Millət vəkili Vüqar Bayramovun qeyd etdiyi qanunvericilik bazası hazırda müəyyən kateqoriyaları sığortalasa da, əmək bazarının müasir çağırışları bu siyahının yenilənməsini tələb edir. 5 və daha çox uşağı olan anaların, eləcə də ağır sənaye və mülki aviasiya işçilərinin yaş həddinin azaldılması mütərəqqi addımdır, lakin biz güzəşt sistemində kəmiyyətdən keyfiyyət göstəricilərinə keçməliyik. Məsələn, təhsil və səhiyyə sektorunda, xüsusən də gecə növbələrində çalışan tibb işçilərinin və uzun illər gərgin zehni əməklə məşğul olan pedaqoqların da güzəştli pensiya hüququ qazanan zərərli sahələr siyahısına daxil edilməsi üçün təkliflər hazırlanmalıdır. Bundan başqa, çoxuşaqlı anlayışına yenidən baxıla bilər; demoqrafik artımı stimullaşdırmaq üçün 5 uşaq şərti 3 və ya 4 uşağa endirilərək anaların hər uşağa görə pensiya yaşının 1-2 il azaldılması mexanizmi tətbiq edilməlidir. İslahatların dərinləşməsi və sığorta kapitallarının idarə olunmasında şəffaflığın artırılması, vətəndaşlarımızın xüsusilə də qadınların daha tez və layiqli təqaüdlə pensiyaya çıxmasına real maliyyə təminatı yaradacaqdır”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Həmçinin oxu

Cəmiyyət

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

No Comment
18 baxış
Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

No Comment
6 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
67 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
25 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026