Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Dünya

Pentaqon: ABŞ hərbi-sənaye potensialına 30 il lazımi diqqət ayırmayıb

Xəbərsiz Media
02 İyul 2026
0

ABŞ Müdafiə Nazirliyinin müdafiə nazirinin köməkçisi Maykl Kadenazzi bildirib ki, ölkə son 30 ildə hərbi-sənaye kompleksinin inkişafına kifayət qədər diqqət yetirməyib.

“Xəbərsiz” “Bloomberg”ə istinadən xəbər verir ki, nazirin nəşrə müsahibəsində müdafiə sənayesi bazasının zəiflədiyini və bir çox sahələrdə xarici ölkələrdən asılılığın yarandığını qeyd edib.

“Bir çox istehsal imkanlarını autsorsinqə vermişik və sənaye bazamızın bəzi istiqamətləri başqa dövlətlərdən asılı vəziyyətə düşüb”, – deyə Kadenazzi vurğulayıb.

Pentaqon rəsmisinin sözlərinə görə, hazırkı ABŞ administrasiyası ölkə daxilində hərbi sənayenin genişləndirilməsinə, strateji əhəmiyyətli minerallarla təminatın gücləndirilməsinə və ixtisaslı kadr hazırlığına xüsusi önəm verməyi planlaşdırır.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.