Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
İdman

PFL-in yeni prezidenti o ola bilər

Xəbərsiz Media
03 İyun 2026
0

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin adı gündəmə gəlib.

“Xəbərsiz” Newsport.az-a istinadla xəbər verir ki, AFFA əməkdaşı Fərhad Ələkbərov PFL-in tarixində 3-cü prezident ola bilər.

Mənbənin bildirdiyinə görə, Fərhad Ələkbərov punktuallığı, peşəkarlığı və savadı ilə seçilən şəxslərdəndir. O, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində aktiv iştirak edib, təşkilatçılıq bacarığı ilə diqqət çəkib.

Bununla yanaşı, iş prinsiplərində kifayət qədər sərt və qətiyyətli mövqeyi ilə tanınır. Təbii ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin adıçəkilən namizədlər arasında Fərhad Ələkbərovun da müzakirə olunması AFFA və PFL ətrafında maraqlı gözləntilər formalaşdırıb.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.