Polşa Belarusdakı vətəndaşlarını çağırdı - DƏRHAL...
Vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının özbaşına saxlanması səbəbindən Polşa Xarici İşlər Nazirliyi Belarusa istənilən səfərdən çəkinməyi tövsiyə edir.
“Xəbərsiz” bildirir ki, bu barədə Polşa höküməti bəyanat yayıb.
Bəyanatda deyilir:
“Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər. Polşa Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır”.
Əli Hacı





