SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Prezident/Prezident BƏƏ nümayəndə heyətini qəbul etdi
Prezident

Prezident BƏƏ nümayəndə heyətini qəbul etdi

Xəbərsiz Media
28 Aprel 2026

Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Xəbərsiz” xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Prezident

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

No Comment
10 baxış
Prezident

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

No Comment
239 baxış
Prezident

Prezident: Milli ləyaqət hər şeydən üstündür

No Comment
42 baxış
Prezident

Bu ərazilərin azad olmasını istəyirik - İlham Əliyev

No Comment
16 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026