Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +16° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Manşet

Prezident Yevlaxda açılışda iştirak edib

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Sentyabr 27, 2025
Manşet
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

“Xəbərsiz” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.

Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +16° broken clouds