“Vəfa Şərifova ilə əvvəllər aramızda soyuqluq var idi. Elə bir hərəkət etmişdi ki, bu mənim xoşuma gəlməmişdi”.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri müğənni Pünhan Priyev “Rəngarəng səhər” verilişində deyib.
O, xanım həmkarını bəyənmədiyini bildirib:
“Mənim üzümə gülürdü, gedib hansısa efirdə demişdi ki, “Pünhandır da, kiçikdir, mən ondan böyüyəm”. Mən də söhbəti tutdum. Bilirsiniz, səmimi deyil o. Keçən efirdə də gördüm ki, məni aşağılayır. Buna görə də Vəfadan xoşum gəlmir”.
Səma Sevyarlı
