Rusiya prezidenti Vladimir Putin xarici alıcılara Rusiya qazını təkcə “Qazprombank” vasitəsilə deyil, rubla almaq icazəsini uzadıb.
“Xəbərsiz” bildirir ki, dövlət başçısının fərmanı normativ hüquqi aktların internet portalında yerləşdirilib. Yeni icazə 2026-cı il aprelin 1-dək qüvvədə olacaq.
Xüsusi prosedur Qazprombank-a tətbiq edilən sanksiyalar fonunda yenilənib. Bundan əvvəl əcnəbilər rus tədarükçülərinin hesablarına ödənişləri məhz bu kredit təşkilatı ilə köçürməli idilər, lakin istənilən bankda valyutanı rubla çevirə bilərdilər.
Xəbərsiz

















