Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək “İyirmiliklər Qrupu” (G20) sammitində şəxsən iştirak etməyəcək.
“Xəbərsiz” bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.
Kremlin sözçüsü Rusiyanın Cənubi Afrikada keçirilən G20 sammitində iştirakını şərh edərkən, “Putin şəxsən iştirak etməyəcək, lakin Rusiya, dediyimiz kimi, layiqli səviyyədə təmsil olunacaq. Biz ora kimin gedəcəyini sizə vaxtında məlumat verəcəyik” deyib.
G20 sammiti 22-23 noyabrda Yohannesburqda keçiriləcək.
Əli Hacı
