Rusiya və Qazaxıstan arasındakı xüsusi münasibətlər təkcə liderlər arasında olan yaxşı şəxsi münasibətdən deyil, həm də hər iki ölkənin postsovet məkanında inteqrasiya proseslərinə rəhbərlik etməsindən irəli gəlir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıqlamasında deyib.
O, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bildirib ki, biz Qazaxıstanla münasibətlərimizi çox yüksək qiymətləndiririk. Bilirsiniz, təkcə sizinlə şəxsi yaxşı və mehriban münasibətlərimiz sayəsində deyil, həm də Qazaxıstan və Rusiya postsovet məkanında inteqrasiya proseslərinin təşəbbüskarları olduğu üçün xüsusi münasibətlərimiz olduğunu söyləsək, mübaliğə olmaz.
Rusiya lideri xatırladıb ki, Qazaxıstan Avrasiya İqtisadi Birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib və hazırda bir çox təşəbbüslər irəli sürür. Qeyd etmək lazımdır ki, ikitərəfli şəkildə görülən bütün işlər MDB çərçivəsində həmkarlarımızla əməkdaşlığımızı təşviq edir.
Əli Hacı
 
     
			 
                                