Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-dan oktyabrın 2-dək Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında iştirak edəcək.
“Xəbərsiz” bildirir ki, builki iclas “Polissentrik dünya: istifadə üçün təlimatlar” adlanır.
Rusiya dövlət başçısının Moskva vaxtı ilə saat 16:00-dan (GMT+3) sonra görüşdə çıxış edəcəyi gözlənilir, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirib ki, yeni beynəlxalq münasibətlər sisteminin müzakirəsi əsas olacaq.
Tədbirə 40-dan çox ölkədən 140 iştirakçı qatılıb. Böyük Britaniya, Çin, Almaniya, Hindistan, Malayziya, Pakistan və Cənubi Afrikadan olan ekspertlər çıxış edəcəklər. Təşkilatçılar konfransın əsas məqsədini çoxsaylı risklərdən qaçmaq üçün optimal həll yollarının axtarışı və hər bir ayrı-ayrı dövlətin və bütövlükdə beynəlxalq sistemin sabitliyini qoruyub saxlamaq yollarının axtarışı kimi müəyyən ediblər.
Əli Hacı
