İsrail hərbçiləri oktyabrın 10-da Qəzzada qüvvəyə minən atəşkəs rejimini ümumilikdə 738 dəfə pozub.
“Xəbərsiz” bildirir ki, bunu Fələstin rəsmiləri deyiblər.
Hakimiyyət orqanlarının “Telegram” kanalında dərc edilən açıqlamaya görə, insidentlərin əksəriyyəti anklavda mülki əhalinin hava hücumları və atəşə tutulması, həmçinin İsrail texnikasının mülki ərazilərə daxil olması, evlərin və digər mülki binaların qanunsuz olaraq sökülməsi olub.
Hakimiyyət qeyd edib ki, oktyabrın 10-dan bu yana Qəzza zolağında 30-dan çox fələstinli ölüb, 980 nəfər yaralanıb, daha 43 nəfər israilli hərbçilər tərəfindən saxlanılıb.
Qəzza zolağının səlahiyyətliləri həmçinin İsraili əldə edilmiş razılaşmaları, eləcə də beynəlxalq humanitar hüququ “kobud və sistematik” pozmaqda ittiham edib.
Xəbərsiz

















