Çətin vəziyyətə düşən anklavda ərzaq tədarükü güclənməsə, Qəzza zolağındakı bütün sakinlər bir neçə həftə ərzində aclıqdan əziyyət çəkə bilər.
“Xəbərsiz” bildirir ki, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau Kanadanın CBC telekanalına müsahibəsi zamanı deyib.
Skaunun sözlərinə görə, hazırda Qəzza zolağına gündə cəmi 100 yük maşını ərzaqla daxil olur:
“Açığı, bu, okeanda bir damladır. Yəni, söhbət 2,2 milyon insandan gedir. Ona görə də biz hələ fevral-mart aylarında atəşkəs dövründə olduğu kimi, miqyasını genişləndirməliyik. Bilirsiniz, biz gündə orta hesabla 600-700 yük maşını keçirirdik”.
Əli Hacı
