“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Dünya/Qazaxıstan ordunu döyüş hazırlığına gətirdi: Savaşa girəcək?
DünyaHərbi

Qazaxıstan ordunu döyüş hazırlığına gətirdi: Savaşa girəcək?

Xəbərsiz Media
29 İyun 2026

Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi endirərsə və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?

“Xəbərsiz” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mərkəzi Asiyanın bu iki dövlətinin KTMT üzvü olmasına baxmayaraq, Belarusun dəstək çağırışına seyrçi qalacağını bildirib.

“Çünki birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.

İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu, KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu, Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar.

Bu arada, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə, Astanaya təzyiq etmək istəyənlərə mesajdır”, – politoloq qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Dünya

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

No Comment
9 baxış
Dünya

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

No Comment
8 baxış
Dünya

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

No Comment
15 baxış
Dünya

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

No Comment
17 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026