Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya və Qazaxıstan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik haqqında bəyannamə imzalayacağını açıqlayıb.
“Xəbərsiz” bildirir ki, o, bu barədə Rusiyaya dövlət səfəri zamanı danışıb.
“Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında Bəyannamənin imzalanması mənim Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndinə çevriləcək. Bu sənəd, şübhəsiz ki, ikitərəfli münasibətlərdə yeni dövr açacaq, qarşılıqlı etimadın görünməmiş səviyyəsini və bütün sahələrdə yaxın işləməyə birgə hazırlığı təsdiq edəcək”, – o deyib.

















