Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək, həmçinin bu sahədə yeni əməkdaşlıq formatı təklif edəcək.
“Xəbərsiz” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Sənaye sahəsində əməkdaşlıq iqtisadiyyatımızın inkişafında böyük rol oynayır. Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək, həmçinin bu sahədə yeni əməkdaşlıq təklif edəcək. Bu gün Qazaxıstandan beş beynəlxalq dəmiryolu dəhlizi keçir. Biz Şimal və Cənub, Şərq və Qərbin kəsişmə nöqtəsində yerləşirik. Hazırda Asiya və Avropa arasında daşınan yüklərin 85 faizi Qazaxıstan ərazisindən keçir. Bu yaxınlarda yeni dəmiryolu xətti də istifadəyə verilib. Yeni xətt yük tutumunu beş dəfə artırmağa xidmət edəcək”, – o əlavə edib.
