Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +16° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Cəmiyyət

Qiymət artımı bu avtobuslara şamil edilməyəcək - AÇIQLAMA

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Sentyabr 29, 2025
Cəmiyyət, Manşet
A A

İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı qiymət dəyişimində qərara diqqət yetirdikdə görürük ki, burada bu dəyişiklik tələblərə cavab verməyən ictimai nəqliyyatda çalışan avtobuslara şamil edilmir.

Bu sözləri “Xəbərsiz”ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Ekspert bildirir ki, müvafiq qrumlar ictimai nəqliyyatda, xüsusən də Bakı və ətraf ərazilərdə tam təhlükəsiz, keyfiyyətli, bugünki dünya standartlarına və müasir sərnişindaşıma tələblərinə cavab verən  avtobusların olmasına çalışırlar:

“Bununla da, marşrutda hələ də köhnə və yararsız avtobusları olan şirkətlərə siqnal verilir ki, siz də parkınızı yeniləyin”.

“Qiymət dəyişikliyi gözlənilən idi. Daşıyıcı şirkətlər illərdir ki, onlara bu qiymətdə sərnişin daşımaq sərf etmədiyini, müəyyən xərclərin ödənilmədiyini qeyd edirlər. Bu, həm də onlara da bir dəstəkdir. Bu qiymət dəyişikliyi daşıyıcı şirkətlərin qarşısında böyük bir məsuliyyət yaradır ki, onun müqabilində təhlükəsiz və keyfiyyətli daşınmanı təşkil etməlidirlər”.

Qeyd edək ki, İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib:

– Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

– Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

 

Ziyafət Əlisoy

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +16° broken clouds