Qızıla tələbin artması qiymət artımları ilə müşahidə olunur.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov “Xəbərsiz”ə açıqlamasında deyib.
Deputat bildirib ki, bir tərəfdən enerji bazarında volatillik var, digər tərəfdən qlobal ticarət müharibələri davam edir. Bütün bunlar qızıla investisiya qoyuluşlarının artmasına gətirib çıxarır. Biz son bir ayda qızılın qiymətinin 14%-ə yaxın artmasını müşahidə etmişik. Bu da təbii ki, tələbin birbaşa yüksəlməsi ilə bağlıdır. Bu kontekstdən qlobal iqtisadiyyatda volatillik davam etsə, qızılın qiymətində yenidən artımlar müşahidə ediləcək.
“Qızılın qiymətinin artması Azərbaycan istehlak bazarına təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycan qızıla tələbi daha çox idxal hesabına ödəyir. Əsas də Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İtaliyadan qızıl idxal olunur. Dünya bazarında da qızılın qiyməti artan zaman daxil bazarda da qiymətlər artır. Hazırda da bu artımlar daxili bazarda müşahidə edilməkdədir. Ona görə qlobal olaraq qızılın qiymətinin artması yatırımlara, investisiyanın hərəkətinə təsir göstərir. Azərbaycanda isə qiymət artımları ilə müşahidə olunur”, deyə plenari əlavə edib.
Ziyafət Əlisoy
