Qrenlandiyanın Baş naziri Vaşinqtonu adaya təzyiqi dayandırmağa çağırır
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-nin ada ilə bağlı açıqlamalarını hörmətsiz və qəbuledilməz hesab etdiyini bildirib və Vaşinqtonu “ilhaq fantaziyalarına” uymağı dayandırmağa çağırıb.
“Xəbərsiz”in xəbərinə görə, Baş nazir əlavə edib ki, “Biz nəsillər boyu ABŞ-nin yaxın və sadiq dostu olmuşuq. Çətin anlarda çiyin-çiyinə dayanmışıq.”
O, bu barədə “Facebook”da yazıb.
“Məhz buna görə də ABŞ-nin təkrarlanan ritorikası tamamilə qəbuledilməzdir. ABŞ prezidenti Qrenlandiyaya ehtiyac duyulduğundan danışanda və bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirəndə bu, yalnız səhv deyil, həm də hörmətsizlikdir.”
Xəbərsiz





