Qriqoryan: Simonyanın Azərbaycana səfərinin detalları tezliklə açıqlanacaq
“Milli Təhlükəsizlik Xidməti direktorunun səfəri ilə bağlı bütün təfərrüatlar yalnız zəruri hallarda açıqlanacaq”.
“Xəbərlər” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci “Rose-Roth” seminarı zamanı jurnalistlərlə söhbətində Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Qriqoryan deyib.
O bildirib ki, səfərin necə nəticələnməsi ilə bağlı Ermənistan MTN bütün məlumatları verəcək:
“Səfərin effektiv olub-olmaması, erməni əsirlərin qaytarılması barədə razılığın əldə edilib-edilməməsi ilə bağlı bütün məsələləri Ermənistan MTN açıqlayacaq”.
Elşən Balayev





