SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Cəmiyyət/Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?
Cəmiyyət

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

Xəbərsiz Media
02 İyul 2026

Rəsmi işi və sabit gəliri olmayan şəxslərin kredit əldə etməsi bank sektorunda ən çox müzakirə olunan məsələlərdən biridir. Kredit təşkilatları adətən rəsmi əmək haqqı və müəyyən iş stajı tələb etməklə borcalanın ödəmə qabiliyyətini qiymətləndirməyə çalışır.

Belə olan halda, rəsmi gəliri olmayan şəxslər hansı alternativ yollarla kredit əldə edə bilər?

“Xəbərsiz” xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlama verən bank eksperti Emin Kərimovun sözlərinə görə, gəlirlərin təsdiqi Mərkəzi Bank tərəfindən irəli sürülmüş tələbdir:
“Təxminən 2014–2015-ci illərdə tətbiq edilib. Bu, problemli kreditlərin qarşısının alınmasına yönəlmiş tənzimləyici mexanizmdir. Yəni şəxs götürdüyü krediti hansı mənbədən ödəyəcəyini sənədli şəkildə sübut etməlidir.

İstehlak kreditlərində, yəni təminatsız kreditlərdə bu, iş yerindən arayış və ya bank əməkhaqqı kartı üzrə hesab çıxarışı ilə təqdim olunur. Əgər şəxsin gəlirləri rəsmi deyilsə və ya hər hansı səbəbdən arayış və ya hesab çıxarışı təqdim edə bilmirsə, əməkhaqqını nağd şəkildə alırsa, bu halda təminatlı kreditlərə, xüsusilə lombard kreditlərinə müraciət edə bilər. Həmçinin daşınar və ya daşınmaz əmlakı girov qoymaqla da kredit götürmək mümkündür. Lakin geniş yayılmış forma lombard kreditləridir”.

Ekspert deyib ki, bu kreditlər əsasən qızıl-zinət əşyalarının girovu ilə verilən təminatlı istehlak kreditləridir:

“Şəxs yalnız şəxsiyyət vəsiqəsini və girovunu banka və ya BOKT-a təqdim edir, daha sonra əşyanın qiymətləndirilməsi aparılır. Əyar və qramına uyğun olaraq kredit məbləği müəyyən edilir. Kredit qrafiki tərtib olunur və şəxs ödənişləri tamamladıqdan sonra qızıl-zinət əşyası geri qaytarılır. Yəni şəxs əmlakını satmadan kredit resursuna çıxış əldə edir.

Minimal iş stajı tələbi isə bankların kredit məhsullarının şərtlərinə və risk siyasətinə əsasən müəyyən edilir. Bu müddət 3 aydan 1 ilə qədər dəyişə bilər. İş yerinin statusu, etibarlılığı, əməkhaqqının həmin bank vasitəsilə alınması kimi amillər də bu siyasətə təsir edir. Təcrübədə daha çox 6 ay və 1 il staj tələbi tətbiq olunur. Bəzi hallarda bu müddət 3 aya qədər endirilə bilər, lakin bu, istisna haldır və konkret məhsul şərtlərindən asılıdır”, – deyə o qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

Cəmiyyət

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

No Comment
32 baxış
Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

No Comment
13 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
78 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
25 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026