12.12.2025 / 20:33
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 10°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Ana Səhifə Elm və təhsil

“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir

Xəbərsiz Media Xəbərsiz Media
09.12.2025 / 22:10
Elm və təhsil, Özəl
A A

Tamamilə mübaliğəsiz demək olar ki, “Radio jurnalistikası” əsəri Azərbaycan xalqının böyük mənəvi sərvəti olan, Azərbaycan radiosunun 100 yaşına ən qiymətli və dəyərli töhfədir. Əsərdə mövzular müasir üsullarla təqdim edilərək, “çağdaş radionun dolğun obrazı” ustalıqla yaradılıb. Bir əsrlə yaşıd olan radiomuz “xalqımızın tribunası, aynası və Vətənin səsi” kimi təqdim edilir. Bu səsin əbədi olacağında və milyonlarla dinləyicinin qəlbini fəht edəcəyində radiojurnalistikanın əməyi danılmazdır.

Televiziya və internetin sürətlə inkişafı radionu sıxışdırıb aradan çıxaracaq fikirləri nə yaxşı ki, bu gün özünü doğrultmadı. Əksinə, internetin yaranması radio üçün “yeni və hüdudsuz arena” qazandırdı və radio hər zaman evdə, avtomobildə, ən ucqar məkanda belə etibarlı həmsöhbətimizə, qulaq yoldaşımıza çevrilərək, bizimlə canlı ünsiyyət qurur. Radio bizə yalnız informasiya vermir, o, həm də müxtəlif məzmunlu verilişləri, könlü oxşayan musiqiləri ilə hər zaman ruhumuza hakim kəsilir, diqqətimizi cəlb edir, problemlərimizi dilə gətirir, dərdlərimizə, sevincimizə şərik olur. Deməli, təcrübə bir daha deməyə imkan verir ki, bu “danışan qutu” hər zaman, hər yerdə gərəyimizdir. Məhz buna görə onu daha mükəmməl öyrənmək və öyrətmək lazımdır.

Qarşımdakı “Radio jurnalistikası” əsəri radionu mükəmməl şəkildə öyrənməyə və öyrətməyə ünvanlanıb. Əsərin müəllifləri “müasir jurnalistikanın, həmçinin, kütləvi kommunikasiya mediasının incəliklərini dərindən bilən” və bu sahədə uzun illər çalışaraq zəngin təcrübə toplayan, gənc pedaqoq-alim Aynur Nəsirova və Xatirə Hüseynovadır. BDU-nun nəşriyyatında yenicə işıq üzü görən “Radio jurnalistikası” adlı dərslik bu sahədə son illər yazılan əsərlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

“Radio jurnalistikası” əsəri “Radiojurnalist hansı vərdişlərə yiyələnməlidir?” sualına çox mükəmməl cavab verir. Dərslik radio-televiziya sahəsində görkəmli tədqiqatçı-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin elmi redaktorluğu və məsləhəti ilə ərsəyə gəlib. Odur ki, əsərdə “müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətlər əhatə edilib”. Radionun müasir media sistemindəki yeri, rolu ən kiçik detallarına kimi geniş şəkildə təhlil edilib və ən əsası “audio materialların QR kod şəklində mətnə əlavə edilməsidir”. Bu vasitə ilə “tələbə QR kodu oxudaraq sözügedən audiomaterialı rahatlıqla dinləmək və təhlil etmək imkanı qazanır”. Ona görə də bu gün qürurla deyə bilərik ki, bu “bizim dərslik yaradıcılığımızda ilk dəfə məhz burada tətbiq olunan təcrübədir”.

Dərsliklə tanış olarkən bu “danışan qutu”nun nə qədər görünməz və sehirli bir möcüzələr aləmi olduğunun şahidi oluruq. Doğrudur, televiziyanın əsrarəngiz cazibəsi var, amma bu da danılmaz bir faktdır ki, “radionun da zəngin səslər palitrasına əsaslanan fərqli təbiəti var”. Gənc pedaqoq-alim A.Nəsirova və X.Hüseynova əsərdə bu sehirli aləmin görünən tərəfləri ilə yanaşı, görünməyən tərəflərini də ustalıqla oxucusuna aça biliblər. Müəlliflər jurnalistikanın bir qolu kimi tədqiqata cəlb edilən radioda xəbərin, musiqinin və s. hazırlanmasında və təqdimində səsyazmanın, montajın, redaktənin, musiqi tərtibatının incəliklərini peşəkarlıqla əks etdiriblər. Ən əsası “danışan qutu”da müasir tələblərə yüksək səviyyədə cavab vermək üçün “onlayn radioproqramın yaradılması və sayta yüklənməsi yolları göstərilir, praktik vərdişlər aşlanır”. Tələbə dərsliklə tanış olarkən dinləyici auditoriyasını cəlb etməyin yollarını öyrənir, “sirr”lərini mənimsəyir və dinləyici auditoriyası haqqında ətraflı, düzgün bilgiyə yiyələnir.

Əslində mən dəfələrlə bu dərsliyin müəlliflərinin mühazirə və seminarlarını praktik şəkildə auditoriyadan kənarda, dövlət və özəl radiolarda keçdiklərinin şahidi olmuşam. Onlar bu zaman tələbələrinə canlı olaraq efirdə işləməyin sirlərini öyrətməklə yanaşı, həm də dinləyici auditoriyasını cəlb etməyin yollarını göstərirlər.

“Radio jurnalistikası” əsəri prof. Qulu Məhərrəmlinin təbirincə desək, “radio, televiziya və internetlə rəqabətdə öz varlığını necə qoruyub saxlayır?” kimi aktual suala mükəmməl cavab verir. Müəlliflər dünya təcrübələrinə istinad etməklə, oxucusunda “çağdaş radionun dolğun obrazını” yaradaraq tələbələrinə faydalı tövsiyələr, maraqlı fikirlər, mülahizələr təqdim edərək bələdçi rolunu oynayırlar.

On iki mövzunu əhatə edən dərslikdə müasir elektron KİV sistemində radionun olduqca mühüm rol oynadığı əsaslandırılır. Müəlliflər bu fikrini bir daha təsdiqləmək üçün əsər boyu öz qənaətlərini, mülahizələrini dünyanın məşhur radio tədqiqatçılarından gətirdikləri sitatlarla zənginləşdirir, möhkəmləndirir və radionun media mühitindəki yerini müəyyənləşdirirlər. Bu qənaət əsərin elmi redaktoru “Radio dünyanın səs yaddaşı” adlandırdığı ön sözdə də vurğulanır: “Müəlliflərin dünya radioyayımında gedən ən müasir tendensiyaları əhatə etmələri dərsliyin dəyərini artıran amillərdəndir”.

Radionu “media sistemində ən operativ” vasitə adlandıran müəlliflər radioyayımın tarixinə də nəzər salaraq onun inkişafını, keçdiyi yolu, vəzifələrini, xarakterik xüsusiyyətlərini oxucunun gözləri qarşısında canlandırırlar. Azərbaycanda radio yayımın tarixindən başlayaraq, çağdaş dövrümüzdəki fəaliyyətinə kimi, uzun bir yola nəzər salınır və uğurlu layihələrdən, görülən işlərdən bəhs edilir.

Əsərin sonunda “Peşəkar təcrübəsindən seçmələr” başlığı altında verilən yazılar da diqqəti cəlb edir. Burada milli radiomuzun yaranmasında, inkişafında, cəmiyyət tərəfindən sevilməsində və yaddaşlara həkk edilməsində əməyi olan görkəmli radio əməkdaşlarının, aparıcılarının, mütəxəssislərinin də fikir və düşüncələrinə yer verilib. Əsərin sonunda verilən cümlə yuxarıda söylədiklərimizə öz möhürünü vurur: “İnternetin mediaya hökmranlıq etdiyi dövrdə radionun gənc nəsillər arasında hələ də populyarlığını qoruyub saxlaya bilməsi, şübhəsiz ki, onun müxtəlif yenilikçi məzmunlar vasitəsilə gənc nəsillərə xitab edə bilməsindən irəli gəlir”. Milli adət-ənənələri qoruyan, yaşadan, böyük, zəngin tarixə malik olan Azərbaycan radiosu haqqında çox dəqiq və yerində söylənilən bir fikirdir.

İngilis filosofu Alfred Teylor yazırdı ki, “Kitab gənclərin yol bələdçisidir”. Biz də əminliklə deyə bilərik ki, “Radio jurnalistikası” kitabı yalnız, jurnalistika ixtisasında təhsil alan tələbələr üçün deyil, həm də bu sahə üzrə araşdırma aparan tədqiqatçılar, mütəxəssislər, milyonlarla radiosevərlər üçün də çox faydalı və maraqlı bələdçisi rolunu oynayacaq.

Qərənfil Dünyaminqızı,

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Müəllimlər üçün yeni tətbiq istifadəyə verildi
Elm və təhsil

Müəllimlər üçün yeni tətbiq istifadəyə verildi

Dekabr 10, 2025
Bakıda elmi-praktiki forum keçirilir
Elm və təhsil

Bakıda elmi-praktiki forum keçirilir

Dekabr 10, 2025
Qəzza rəsmiləri İsrailin atəşkəsi pozduğu 730-dan çox hadisəni qeydə alıb
Dünya

Qəzza rəsmiləri İsrailin atəşkəsi pozduğu 730-dan çox hadisəni qeydə alıb

Dekabr 9, 2025
Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Ostapovskoye icmasını azad edib
Dünya

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Ostapovskoye icmasını azad edib

Dekabr 9, 2025
Tramp reklamlara görə Kanada ilə ticarət danışıqlarını dayandırır
Dünya

"Üçüncü Dünya Müharibəsi" ola bilər - Tramp

Dekabr 9, 2025
Yanvarın 1-dən Gürcüstana giriş üçün tibbi sığorta məcburi olacaq
Dünya

Yanvarın 1-dən Gürcüstana giriş üçün tibbi sığorta məcburi olacaq

Dekabr 9, 2025

XƏBƏR LENTİ

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

12 Dekabr, 25 / 13:47
Azərbaycanda ölüm hallarının sayı açıqlandı

Azərbaycanda ölüm hallarının sayı açıqlandı

12 Dekabr, 25 / 13:34
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025