Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxslərdən biri də Şəmkir Rayon Xəstəxanasıdır. Son statistikaya görə, TƏBİB-in tabeliyində olan müəssisələrə cəlb olunan mütəxəssislərin 8 %-i xaricdən dəvət edilib.
“Xəbərsiz” xəbər verir ki, bu fikirləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Şəmkir Mərkəzi Rayon Xəstəxanasında jurnalistlərə müsahibəsində bildirib:
“Bu tibb müəssisələri sırasında Şəmkir Rayon Mərkəzi Xəstəxanası da var. Bir sıra ixtisaslar üzrə həkim çatışmazlığı mövcuddur. Biz TƏBİB olaraq bu çatışmazlığı aidiyyəti qurumlarla birgə aradan qaldırmağa çalışırıq.
Tibbi xidmətlərin əlçatanlığının 55 %-i Bakının, 45 %-i isə regionların payına düşür. Biz “mentor klinika” layihəsinə start veririk. Regionlarda yerləşən tibb müəssisələrinə səyyar turlar təşkil olunur. Bu turlarda səhiyyə mütəxəssisləri təcrübə mübadiləsi aparırlar. Layihə bir il davam edəcək. Daha sonra nəticələr qiymətləndirilərək rentabelli olub-olmaması müəyyən ediləcək”.

















