2030-cu ilə qədər Rusiya taxıl ixracını 2024-cü illə müqayisədə 14% artıraraq təqribən 20 milyard dollara, yağ və yağ məhsullarının ixracını isə 14% artaraq 10 milyard dollara çatdırmağı hədəfləyir.
Xəbərsiz xəbər verir ki, bunu “Agroexport” Federal Mərkəzinin rəhbəri İlya İlyuşin bildirib.
İlyuşin qeyd edib ki, Rusiya prezidenti 2030-cu ilə qədər ixracın həcmini 55,2 milyard dollara çatdırmağı qarşısına məqsəd qoyub ki, bu da 2024-cü illə müqayisədə 28% artım deməkdir. Biz bütün əsas məhsul kateqoriyaları üzrə artımı təmin etməliyik.
“Konkret olaraq, 2030-cu ilə qədər taxıl ixracının 2024-cü illə müqayisədə 14% artaraq 20 milyard dollara yaxın, yağ və yağ məhsulları ixracının isə 14% artaraq 10 milyard dollara çatacağı proqnozlaşdırılır. Ət ixracının iki dəfədən çox artaraq 5 milyard dollara çatacağı gözlənilir; qənnadı məmulatlarının ixracının 50% artaraq 3 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılır, emal olunmuş qida ixracı 40% artaraq 6,6 mlrd. balıq və dəniz məhsulları ixracının üçdə bir artaraq 6,8 milyard dollara çatacağı gözlənilir”, – deyə o əlavə edib.
Əli Hacı
