Rusiya diplomatı: NATO bizim təyyarəmizi vursa, müharibə başlayacaq
Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov açıqlaması ilə diqqət çəkib.
“Xəbərsiz” xəbər verir ki, o, NATO-nun Rusiya təyyarəsini vurduğu halda hərbi münaqişənin başlanacağını bildirib.
“Bu, müharibə olacaq” dedi diplomat.
Meşkov vurğulayıb ki, NATO təyyarələri Rusiya hava məkanını tez-tez pozur, lakin onların heç biri vurulmur.
Əli Hacı
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





