Rusiya İndoneziyaya kənd təsərrüfatı məhsullarının ixracını artırmağa hazırdır.
“Xəbərsiz” bildirir ki, bunu Agroexport federal mərkəzinin rəhbəri İlya İlyuşin bildirib.
“Rusiya tədarükçüləri İndoneziya bazarında öz nişlərini tapırlar və məhsul çeşidlərini genişləndirməyə hazırdırlar. Buğda kimi ənənəvi ixrac məhsulları ilə yanaşı, dondurulmuş balıq, ət məhsulları (mal-qara, donuz əti), keşniş toxumu, darı, günəbaxan və soya yağlarının da potensiala malik olduğuna inanırıq”, – deyə o, bildirib.
İlyuşin qeyd edib ki, Rusiyadan İndoneziyaya tədarükü genişləndirmək potensialı olan bəzi əmtəə məhsulları yüksək gömrük rüsumları, eləcə də qeyri-tarif maneələri, o cümlədən kvotalar, lisenziyalaşdırma və inzibati idxal məhdudiyyətləri ilə məhdudlaşır.
“Rusiya ixracatçıları ümid edirlər ki, bu məhdudiyyətlər İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişi üzrə danışıqların bir hissəsi kimi yumşaldılacaq.
İslam İman
