Rusiyaya qarşı yeni sanksiyalar paketi birmənalı şəkildə Rusiya iqtisadiyyatı üçün arzuolunan deyil.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında Millət Vəkili Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, praktiki olaraq bu, Rusiyaya daxil olan valyutanın azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, bu gün Rusiyanın gəlirlərində neft və qaz xüsusi paya sahibdir, bu sanksiyalar da bütövlükdə Rusiyanın gəlirlərinə təsir göstərəcək.
“Hazırda Federal büdcənin gəlirlərinin 45%-ə qədəri Rusiyada neft və qazın payına düşür. Rusiyaya qarşı belə sanksiyalar tətbiq olunarsa, o zaman Rusiya mavi qaznı satmaqda çətinlik çəkəcək. Xüsusən də Hindistanın Rusiyadan aldığı qazın həcmini azaldacağı ilə bağlı açıqlamalar da ondan xəbər verir ki, Rusiya mavi qazı bazara çıxartmaqda müəyyən çətinliklərə üzləşə bilər. Bu da təbii ki, Rusiyanın gəlirlərinə təsir göstərəcək”, – deyə o, əlavə edib.
Plenari bildirir ki, burda Qərbin məqsədi Rusiyanı danışıqlar masasına gətirmək, müharibənin daha qısa zamanda başa çatmasına nail olmaqdır. Hər bir halda, Rusiya qarşı sanksiyalar uzun müddətdir ki, var. Buna baxmayaraq müharibə yenə də davam edir.
Ziyafət Əlisoy
