Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi qüvvəyə minib.
“Xəbərsiz” bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında 2025-ci il yanvarın 17-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi oktyabrın 2-də qüvvəyə minib.
Razılaşmanın qüvvəyə minməsi “Rusiya-İran dövlətlərarası münasibətləri tarixində geniş strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlmiş mühüm mərhələdir”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Əli Hacı
