Rusiyanın Ufa şəhərindən Misirin Şarm əl-Şeyx şəhərinə uçan sərnişin təyyarəsi sərnişinin xəstələnməsi səbəbindən Rusiyanın Mineralnıye Vodı şəhərində məcburi eniş edib.
“Xəbərsiz” bildirir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
“Ufa-Şarm əl-Şeyx reysi sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Mineralnıye Vodıya təcili eniş edib”, – deyə agentliyin mənbəsi bildirib.
Xəstə sərnişinə təcili tibbi yardım göstərilib.
Təyyarə təqribən 1,5 saata çatması gözlənilən təyinat hava limanına səyahətini bərpa edib.
İslam İman
