Ukrayna Soçi yaxınlığında onun Qara dəniz sahillərinə raket və pilotsuz təyyarələrlə hücum edib.
“Xəbərsiz” bildirir ki,bu barədə Rusiya MN məlumat yayıb.
Yerli media Soçi Beynəlxalq Hava Limanında hərəkətin müvəqqəti olaraq dayandırıldığını yazır. Hələlik dağıntılar barədə məlumat yoxdur.
Rusiya Müdafiə Nazirliyi Krım yarımadası üzərində Ukraynaya məxsus 32 pilotsuz təyyarənin dayandırıldığını açıqlayıb.
Rəsmilər elektrik stansiyalarına heç bir ziyanın və ya elektrik kəsilməsinin olmadığını açıqlayıb.
